
Radiologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən ən son model ultrasəs apparatı vasitəsilə qarın boşluğu orqanlarının, sidik-ifrazat sistemi orqanlarının, endokrin orqanların, süd vəzilərin USM-i, ginekoloji USM, neyrosonoqrafiya, hamiləliyin təyini və təqibi, arterial və venoz doppler müayinəsi aparılır.

Kardiologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən miokard infarktı, stenokardiya, aritmiyalar, miokarditlər, aterosklerotik və digər ürək-damar xəstəliklərinin müayinə və müalicəsi həyata keçirilir. Şöbəmizdə ən son model 12 kanallı Contec E-12 EKQ apparatı və EXO-kardioqrafı ilə müayinələr aparılır

Fizioterapiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən ultrasəs terapiyası ( ultrafonoforez ), maqnitoterapiya, lazeroterapiya, ultra yüksək tezlikli şüa terapiyası ( UVÇ ) , elektorforez, amplipuls terapiya, tens, diadenamoterapiya, interferens terapiya, miostimulyasiya və miorelaksasiya kimi prosedurlar həyata keçirilir.
We have 153 guests and no members online