Şöbələrimiz
- Nəşr edilib 17.07.2022 11:55
Dermatologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən dermatitlər, mikozlar, akne, psoriaz, allopetsiya və digər dəri xəstəliklərinin müayinə və müalicəsi həyata keçirilir.
Ginekologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən qadın reproduktiv sisteminin xəstəlikləri və sonsuzluq problemlərinin müayinə və müalicəsi həyata keçirilir. Şöbədə ən son model kolposkop vasitəsi ilə uşaqlıq boynuna ətraflı baxış aparılır.
Endokrinologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli həkimlər tərəfindən qalxanabənzər vəzi, şəkərli diabet, böyrəküstü vəzi və digər endokrin xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.
Allerqologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli həkimlər tərəfindən allerqoloji və immunoloji xəstəliklərin müayinə və müalicəsi aparılır.
Fizioterapiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən ultrasəs terapiyası ( ultrafonoforez ), maqnitoterapiya, lazeroterapiya, ultra yüksək tezlikli şüa terapiyası ( UVÇ ) , elektorforez, amplipuls terapiya, tens, diadenamoterapiya, interferens terapiya, miostimulyasiya və miorelaksasiya kimi prosedurlar həyata keçirilir.
Kardiologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən miokard infarktı, stenokardiya, aritmiyalar, miokarditlər, aterosklerotik və digər ürək-damar xəstəliklərinin müayinə və müalicəsi həyata keçirilir. Şöbəmizdə ən son model 12 kanallı Contec E-12 EKQ apparatı və EXO-kardioqrafı ilə müayinələr aparılır.
Andrologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli həkimlər kişi reproduktiv sisteminin xəstəlikləri, kişi sonsuzluğu problemləri müayinə və müalicə olunur.
Urologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli həkimlərimiz kişi və qadın sidik-ifrazat sisteminin xəstəlikləri müayinə və müalicə olunur.
Pediatriya şöbəsində uşaqların könlünü alan, gülərüz həkimlərimiz balaca pasientlərimizi narahat edən müxtəlif xəstəliklərin müalicəsi ilə məşğuldurlar.
Terapiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən ürək-damar sisteminin, tənəffüs sisteminin, mədə-bağırsaq traktının və nefroloji xəstəliklərin müayinə və müalicəsi həyata keçirilir.
Radiologiya şöbəsində yüksək ixtisaslı və təcrübəli mütəxəssislər tərəfindən ən son model ultrasəs apparatı vasitəsilə qarın boşluğu orqanlarının, sidik-ifrazat sistemi orqanlarının, endokrin orqanların, süd vəzilərin USM-i, ginekoloji USM, neyrosonoqrafiya, hamiləliyin təyini və təqibi, arterial və venoz doppler müayinəsi aparılır.
Dietologiya şöbəsində artıq çəki və çəki azlığı problərinə kompleks yanaşan nutrisioloq-dietoloqlarımız fəaliyyət göstərir.
Laboratoriya şöbəsində tibbi materialın götürülməsi, qeydiyyatı və kliniki, biokimyəvi və genetik tədqiqatı həftənin 6 günü saat 09.00-dan 18.00-a kimi həyata keçirilir
Kosmetologiya şöbəsində təcrübəli həkim-dermatoloqlar tərəfindən sanitar-gigiyenik qaydalara riayət edilməklə müxtəlif kosmetoloji prosedurlar həyata keçirilir.
