Məqalələr

Kifoz Nədir?

Kifoz, xalq arasında donqar duruş olaraq bilinir, onurğanın önə doğru əyilməsidir. Yüngül kifoz çox şikayətə səbəb olmur. Ağır kifozlarda isə ağrı, nəfəs darlığı kimi şikayətlər görülür.

Normalda onurğa sütunun özünə məxsus fizieolojik əyriliyi vardır. Onurğanın bu təbii əyriliyi tarazlıq üçün önəmlidir və dik duruşa kömək edir. Onurğanın döş hissəsinin təbii olan əyriliyinin artmasına kifoz deyə bilərik. Döş fəqərəsinin normal bucağı 20 ilə 45 dərəcə arasında olması lazımdır. Normaldan daha çox olan əyriliyin tibbi adı “hiperkifoz” adlansa da, “kifoz” termini de tez-tez istifade edilir.

Bu xəstəlik hər yaşda olan insanlarda yarana bilər. Ancaq yeniyetməlik dövründə, sümüklərin sürətli böyüməsi zamanı daha çox müşahidə olunur.

Kifozun dərəcəsi fərqli ola bilər. Kifoz bucağı nə qədər böyükdürsə, vəziyyət bir o qədər ciddidir. Ciddi olmayan əyrilər yüngül bel ağrısına səbəb ola bilər və ya heç bir simptom göstərməz. Daha ciddi əyilmələr əhəmiyyətli onurğa deformasiyasına səbəb olub, xəstənin kürəyində görünən donqarlığa səbəb ola bilər.

Kifozun növləri hansılardır?

Kifozun bir çox növləri var. Uşaqlarda və yeniyetmələrdə ən çox görülən kifoz aşağıdakı kimi sıralana bilər.

  • Postural kifoz
  • Scheuermann kifozu
  • Anadangəlmə (anadangəlmə) kifoz
  • Postural Kifoz

Kifozun bu növü yeniyetməlik dövründə özünü büruzə verir. Onurğanın ciddi anatomik anomaliyaları müşahidə edilmir. Postural kifozun yaratdığı əyrilik adətən yuvarlaq və hamar olur. Postural kifoz qızlarda oğlanlara nisbətən daha çox rast gəlinir.

Schueermann Kifozu

Postural kifoz kimi, Scheuermann kifozu da yeniyetməlik vaxtı daha çox görülür. Scheuermann kifozu, postural kifozdan daha ağır deformasiyaya səbəb ola bilər. Scheuermann kifozu onurğanın anatomik anomaliyasından qaynaqlanır.

Scheuermann kifozu olan bir xəstədə yandan çəkilmiş rentgende bir neçə fəqərənin adi düzbucaqlı formadan daha çox üçbucaqlı bir formaya malik olduğunu göstərəcəkdir. Scheuermann kifozunun yaratdığı əyrilik adətən kəskin və bucaqlıdır.

Postural kifozlu xəstədən fərqli olaraq, Scheuermann kifozu olan bir xəstə dik durmaqla əyrini düzəldə bilməz. Scheuermann kifozu bəzən ağrılı ola bilər.

Anadangəlmə Kifoz

Bu tip kifoz doğuş zamanı mövcuddur. Körpə ana bətnində olarkən onurğa sütunu normal inkişaf etmədikdə baş verir. Anadangəlmə kifozlu xəstələrə əyriliyin irəliləməsini dayandırmaq üçün gənc yaşda əməliyyat ehtiyacı olur.

Kifozun əlamətləri hansılardır?

Kifozun əlamətləri və simptomları əyriliyin səbəbi və şiddətindən asılı olaraq dəyişir. Bunları aşağıdakı kimi sıralamaq olar:

  • Önə doğru olan çiyinlər
  • Kürək nahiyəsinde görünən donqarlıq
  • Nadir hallarda, zaman keçdikcə kifozun ağırlaşmasına bağlı olaraq ətraflarda gücsüzlük , uyuşma və ya cingildəmək ,nəfəs darlığı və ya digər tənəffüs çətinlikləri görülə bilər.

Başqa Hansı Durumlar Kifoza Səbəb Ola bilər?

Sınıqlar: Sınıqlar onurğanın əyriliyinə səbəb ola bilər.

Osteoporoz: Xüsusilə yaşlanma ilə birlikdə sümük sıxlığının azaldığı bir xəstəlikdir. Osteoporoz onurğa əyriliyinə səbəb ola bilər. Osteoporoz daha çox yaşlı qadınlarda və uzun müddət kortikosteroid qəbul edən insanlarda rast gəlinir.

Disk degenerasiyası: Disklər fəqərələr arasında yastıq rolunu oynayır. Yaşla bu disklər sərtləşir və kiçilir, kifoza səbəb ola bilir.

Xərçəng və xərçəng müalicəsi: Onurğada xərçəng, kimyaterapiya və radiasiya müalicəsi kimi müalicələr fəqərələri zəiflətdiyi üçün sınıqlara səbəb ola bilir.

Kifoz Necə Müalicə Olunur?

Müalicənin məqsədi əyriliyin irəliləməsini dayandırmaq və deformasiyanın qarşısını almaqdır. Xəstənin yaşı və ümumi sağlamlıq durumuna , kifozun növünə görə müalicələr fərqli ola bilər.

Qeyri Cərrahi Müalicə

Postural kifozlu xəstələrdə (duruşa bağlı kifoz ) qeyri-cərrahi müalicə tövsiyə olunur. Bu müalicə növü əyriliyi az olan Scheuermann kifozu olan xəstələr üçün də tövsiyə olunur.

Cərrahi Olmayan Müalicəyə Nələr Aiddir?

Özəl hərəkətlər: Xüsusi kifoz məşqləri qarın və arxa əzələlərini gücləndirərək bel ağrılarını aradan qaldırmağa və duruşu yaxşılaşdırmağa kömək edə bilər.

Qeyri-steroid antiinflamatuar preparatlar (QSİƏP): Sadə ağrıkəsicilər bel ,kürək, boyun ağrısını aradan qaldırmağa kömək edə bilər.

Korset: Scheuermann kifozu olan və hələ də böyüməkdə olan xəstələr üçün özəl korset tövsiyə oluna bilər. Əyrilik sağaldıqca korset mütəmadi olaraq düzəldilir. Tipik olaraq, korsetlər uşaq skelet yetkinliyinə çatana və böyüməsi tamamlanana qədər taxılır.

Cərrahi Müalicə

Adətən anadangəlmə kifozlu xəstələrə cərrahi müdaxilə tövsiyə olunur. Bundan əlavə, aşağıdakı durumlarda cərrahiyyə tövsiyə edilə bilər:

  • 75 dərəcədən çox əyri olan Scheuermann kifozu olan xəstələr.
  • Qeyri-cərrahi müalicə ilə yaxşılaşmayan şiddətli ağrısı olan xəstələr.

Xolesterol Nədir?

Xolesterol Nədir?

Xolesterol, bədənin hər gün ehtiyac duyduğu yağlı bir maddədir. Hüceyrə membranının bir hissəsi kimi fəaliyyət göstərir və bəzi hormonların, D vitamini və yağda həll olunan vitaminlərin istehsalı üçün lazımdır.

Xolesterolun hansı növləri var?

Xolesterolun iki əsas növü vardır:

LDL (Ağırlaşdırılmış Lipoprotein)

LDL, adətən “pis xolesterol” kimi tanınır. Bunun səbəbi, yüksək səviyyələrdə LDL’nin arterlarda damarların divarlarında tıxanma yaratmağa meylli olmasıdır. Bu tıxanmalar, arterlardakı qan axışını məhdudlaşdıra bilər və arteriyal qan axını azaldıqda, ürəyə və beyinə kifayət qədər oksigen və təchizat etməyə bilər. Bu, ürək xəstəliklərinin və infaktın başlıca səbəblərindən biridir. Bu səbəbdən, LDL səviyyəsinin mümkün qədər aşağı olması tövsiyyə edilir.

HDL (Yüksək Sıxlıqlı Lipoprotein)

HDL, “yaxşı xolesterol” kimi adlandırılır. Bunun əsas səbəbi HDL’nin qan dövranımında artıq xolesterolu toplamağa və qaraciyərə apararaq onun təmizlənməsinə kömək etməsidir. Bu proses, xolesterolun damar divarlarından uzaqlaşdırılmasına kömək edir, bu da damar tıxanması riskini azaldır. HDL’nin yüksək səviyyəsi, ürək xəstəliklərinin riskini azaldığı üçün arzu ediləndir.

Hər iki tip xolesterolun balansda olması mühüm olsa da, LDL səviyyəsinin aşağı, HDL səviyyəsinin isə yüksək olması sağlam bir qan dövranı təmin edir. Bu balans, ürək və damar xəstəliklərinin riskini azaltmaq üçün mühümdür.

Xolesterol dəyərləri nə olmalıdır?

Xolesterol səviyyələrinin ideal olması üçün:

  • Ümumi xolesterol: Daha az 200 mg/dL
  • LDL xolesterol: Daha az 100 mg/dL
  • HDL xolesterol: 40 mg/dL və üstü

Niyə xolesterol yüksəlir?

Bəzən xolesterol səviyyəsinin yüksəlməsinə səbəb olan faktorlar ailə tarixində köklənib. Genetik predispozisiya ilə bağlı olan bir xəstəlik olan familial hiperkolesterolemiya, bəzən yüksək xolesterol səviyyələrinin əsas səbəbi olur. Bu xəstəlikdə, xolesterolu qanı təmizləməkdə iştirak edən genlərdə xəta baş verir. Nəticədə, xolesterol səviyyəsi normaldan daha tez yüksəlir.

Bəzı qidalar xolesterol səviyyəsini artıra bilər. Məsələn, doymuş yağlar və trans yağlar LDL (“pis”) xolesterol səviyyəsini yüksəltməyə meyllidir. Bu yağların və qidaların istifadəsi, xolesterol səviyyələrinin yüksəlmə riskini artırır.

Artıq çəki, LDL xolesterol səviyyəsini yüksəltmək və HDL xolesterol səviyyəsini azaltmağa səbəb ola bilər. Ayrıca, həddindən artıq kilo, insülin müqavimətini artıraraq xolesterol səviyyələrinin balansını pozur.

Rutin fiziki aktivliyin olmaması, HDL xolesterol səviyyəsinin azalmasına və LDL səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Hər gün ən azı 30 dəqiqə qədər idman vəya hərəkət, xolesterol səviyyələrini taraz saxlamağa kömək edir.

Diyabet, böyrək xəstəlikləri və tiroit xəstəlikləri kimi bəzi xəstəliklər də xolesterol səviyyəsinin tarazlığını pozaraq onun yüksəlməsinə səbəb ola bilər.

Xolesterolun əlamətləri hansılardır?

Xolesterolun yüksəldiyi əlamətlər, xüsusilə başlanğıc mərhələlərdə, çox zaman hiss edilmir və xəstə bu problemi olduğunu bilməyə bilər. Xolesterolun yüksək olduğu faktı çox vaxt rutin tibbi müayinə zamanı və ya qan testi nəticəsində ortaya çıxır. Bu, xolesterolun “səssiz öldürən” olmasının bir səbəbidir, çünki uzun müddət ərzində yüksək səviyyədə qala bilər və insanın sağlamlığına zərər verə bilər.

Yüksək xolesterol arterların daralmasına və sərtləşməsinə səbəb ola bilir. Bu, arterioskleroz adlanan bir xəstəlikdir və ürək xəstəliklərinə yol aça bilər. Yüksək xolesterol səviyyəsi ilə bağlı ən ciddi problemlərdən biri, damar tıxanıqlığıdır. Damarların tıxanması kimi simptomlar aşağıdakı kimi olur:

  • Koronar arter xəstəliyinin (KAX) əsas simptomudur. Bu, ürək əzələrinə kifayət qədər qan gəlmədiyi zaman baş verir.
  • Ürək damarlarından birinin tamamilə tıxanması nəticəsində ürək əzələrinin bir hissəsi oksigenlə təmin olunmur və ölür.
  • Beyindəki damarların tıxanması nəticəsində beyin əzələrinin bir hissəsi oksigenlə təmin olunmur və ölür.

Əgər bir şəxs yüksək xolesterol səviyyəsinə sahibdirsə və ürək xəstəliklərinin digər risk faktorlarına (məsələn, tütün istifadəsi, yüksək qan təzyiqi) malikdirsə, o zaman xüsusilə bu simptomları çox diqqətlə izləməli və tibbi yardım axtarmalıdır.

Yüksək xolesterol necə diaqnoz qoyulur?

Xolesterolun səviyyəsinin dəqiqləşdirilməsi üçün aparılan qan testi lipoprotein profilinə yaxud xolesterol testinə deyilir. Bu test xolesterolun tam səviyyəsini, LDL (ağırlaşdırılmış lipoprotein) xolesterolunu, HDL (yüksək sıxlıqlı lipoprotein) xolesterolunu və trigliseridləri daxil edir.

Testin icrası üçün xüsusi bir hazırlığa ehtiyac yoxdur, lakin bəzən hekim 9-12 saat qidalanmadan sonra testin aparılmasını tövsiyə edə bilər. Bu, trigliserid səviyyəsini dəqiqləşdirərək daha dəqiq nəticələr əldə etməyi təmin edir.

Bütün Xolesterol, HDL, LDL və VLDL (çox ağırlaşdırılmış lipoprotein) kimi üç əsas xolesterol növünün cəmini göstərir. İdeal halda, tam xolesterol 200 mg/dL (milligram dəsitilitr başına) və ya daha aşağı olmalıdır. LDL, damar divarlarında yağlı törəmələrin birikməsinə səbəb olaraq ürək xəstəliklərinin riskini artırır. Bu səbəbdən, onun “pis xolesterol” kimi tanındığını görmək mümkündür. LDL səviyyəsi 100 mg/dL və ya daha aşağı olmalıdır.

LDL, damar divarlarında yağlı törəmələrin birikməsinə səbəb olaraq ürək xəstəliklərinin riskini artırır. Bu səbəbdən, onun “pis xolesterol” kimi tanındığını görmək mümkündür. LDL səviyyəsi 100 mg/dL və ya daha aşağı olmalıdır.

HDL, ürək xəstəliklərinin riskini azaltmağa kömək edir. Bu səbəbdən ona “yaxşı xolesterol” deyilir. HDL səviyyəsi kişilərdə 40 mg/dL və ya daha yuxarı, qadınlarda isə 50 mg/dL və ya daha yuxarı olmalıdır.

Trigliseridlər kimi yağlı maddələr qanda dolaşır və yüksək səviyyədə olarsa ürək xəstəliklərinin riskini artıra bilər. Onların normal səviyyəsi 150 mg/dL və ya daha aşağı olmalıdır.

Xolesterolu necə azaltmaq olar?

Xolesterolu azaltmaq üçün bəzi üsullar:

  • Doymuş və trans yağların azaldılması.
  • Həftədə ən azı 150 dəqiqə orta intensivliyə sahib fiziki fəaliyyət.
  • Artıq kilolardan azad olmaq.
  • Tütün istifadəsindən uzaq durmaq.
  • Doktor tərəfindən təyin edilən xolesterolu azaldıcı dərmanları qəbul etmək.

Yaranma Tarixi

Yaranma Tarixi

Aesculap  -cü ilin  ayının 1-dən fəaliyyət göstərməyə başlamışdır. Öz fəaliyyətinə Bakı şəhəri,            ünvanında “  ” mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində –  m2 sahədə başlamışdır. Fəaliyyətə başlayarkən cəmi səkkiz iş kabineti olmuşdur. Müəssisə  açılan ilk özəl tibb mərkəzi olmaqla bərabər tezliklə əhali arasında nüfuz qazanmışdır. Müəssisəmizdə birinci gündən işə başlamış Respublikamızın tanınmış həkimləri:Həkim-laborantlar: Dr. , Dr. ; Dr.

 

Blog

 

BİZİMLƏ ƏLAQƏ

   Tel:        (051) 303-51-50
   Mobil     (051) 310-99-49
   Email:    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
   Ünvan:   Baku 1123. Vladislav Plotnikov 16

Aesculap klinikası sosial şəbəkələrdə

 

  Copyright ©RNS-2023. Aesculap klinikası.  Müəllif hüquqları qorunur.