
Dr. Nəzrin Mustafayeva- ixtisaslaşmış terapevt
2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinin məzunu olmuş, baza ali tibb təhsili almışdır. 2011-2016-cı illərdə ATU -da Rezidentura təhsili almış, həkim-rezident kimi çalışmışdı. Təhsilini tamamladıqdan sonra 2016-2023-cü illərdə Təcili və Təxirəsalinmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsdə terapevt vəzifəsində çalışmışdı. 2023-cü ildən etibarən Aesculap Clinic tibb mərkəzində terapevt kimi fəaliyyət göstərir, klinikanın aparıcı terapevtidir. ANDOP-un Tənəffüsə dəstək strategiyaları və mexaniki ventilyasiya üzrə və piylənmə ilə mübarizə treninqlərində iştirak etmiş, 2021-ci ildə WHO/ ICRC Basic emergency care course, BEC TOT, BEC Provisional Facilitator status almışdır. 2022-ci ildə Əziz Əliyev adına ADHTİ- da Terapiya ixtisası üzrə doktoranturaya daxil olmuş, hazırda sözü gedən müəssisənin doktorantıdır. 2022-ci il tarixində Həkimlərin sertifikasiyası imtahanlarından keçmişdir.

İndi saytda 50 qonaq var və üzv yoxdur