Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi
ATMU Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin (DTA) tabeçiliyində fəaliyyət göstərir. DTA və ATMU arasındakı əməkdaşlıq əsasən birgə tədbir və layihələrin həyata keçirilməsi, tədqiqatların aparılması, universitetin təhsil siyasətinin reallaşdırılmasına dəstək, tələbələrin Agentliyin müxtəlif struktur bölmələrində könüllülük fəaliyyətinə cəlb edilməsi sahələrini əhatə edir. DTA-nın tabeliyindəki qurumlarda məzunlarımıza mövcüd iş imkanlarının təqdim edilməsi və onların ixtisas profili üzrə əmək fəaliyyətinə cəlb olunması işi birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Bundan əlavə, ATMU tələbələrinin DTA-da təcrübə keçməsi də əməkdaşlıq edilən sahələrə daxildir.