
Dr.Almaz Haciyeva - kardioloq.
Dr.Almaz Haciyeva 1976-1982ci illərdə N.Narimanov adina Azərbaycan Dövlet Tibb Universitetinin birinci Müalice-Profilaktika fakültesində təhsil alib. Kardioloq, kardioreanimatoloq vəzifəsində çalışmışdır. Dəfələrlə konfranslarda və təkmilləşmə kurslarında iştirak etmiş, sertifikatlar almışdır. 2021- ci ildə Sertifikasiya imtahanından kecmişdir. Exo-doppler muayinəsinin aparılmasını Rusiyanın Moskva şəhərində A.H.Bakulev adına Ürək- damar Elmi Cərrahiyə mərkəzində öyrenmişdir. O, miokard infarktı , stenokardiya, aritmiya, hipertenziya, miokarditler, ürek catizmazligi, ateroskleroz ve s. kimi ürək-damar xəstəliklərinin diaqnostikasi, müalicəsi və profilaktikası ilə məşquldur. Uşaqlarda anadangəlmə və sonradan yaranmiş ürək qüsurlarının diaqnostikası və müalicəsi ilə məşqul olur.
Klinikamızda Respublikanın tanınmış həkimləri çalışırlar. Klinikanın qurulmasında əsas məqsəd dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək olmuşdur. Bizim öz işimizdə əsas prinsipimiz – əhaliyə göstərilən tibbi xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, keyfiyyət, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır.
İndi saytda 54 qonaq var və üzv yoxdur
|
BİZİMLƏ ƏLAQƏ Tel: (051) 303-51-50 |
Aesculap klinikası sosial şəbəkələrdə
|
FAYDALI LİNKLƏR
|
| Copyright ©RNS-2023. Aesculap klinikası. Müəllif hüquqları qorunur. |