Həkimlərimiz

Həkimlərimiz (9)

Dr. Fuad Buludov-Baş həkim müavini. Doktor Fuad Buludov 1983-1989-cü illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin ikinci Müalicə - Profilaktika fakültəsində təhsil alıb. 1989-1990-cı illərdə M.Nağıyev adına xəstəxananın anestiziologiya-reanimasiya şöbəsinə həkim interna vəzifəsinə qəbul edilib. 2020-ci ildən bu günə kimi “Aesculap” Clinic tibb mərkəzində baş həkimin müavini vəzifəsində işləyir.
Dr. Vüsalə Piriyeva –mama-ginekoloq Doktor Piriyeva Vüsalə 2001-2008 ci illərdə Rusiya Federasiyası Səhiyyə Nazirliyi İjevsk şəhəri "İjevsk Dövlət Tibbi Akademiyası Səhiyyə və sosial inkişaf üzrə Federal Agentliyi" ali peşə təhsilli dövlət təhsil müəssisəsində Müalicə - Profilaktika fakültəsində təhsil alıb. 2008-ci ildə mama-ginekologiya ixtisası üzrə həmin müəssisəndə internaturaya daxil olub. 2012-ci ildə həmin müəssisənin müvəffəqiyyətlə bitirərək mama-ginekoloq ixtisası alıb. Bununla yanaşı dəfələrlə beynəlxalq və yerli konfranslarda və kurslarda iştirak etmiş, sertifikatlar almışdır. 2024-ci ildən “Aesculap” klinikasında fəaliyyətə başlamışdır. Hal-hazırda klinikada aparıcı…
USM həkimi-Radioloq Dr. Aygün Məmmədova 2000-2006-cı illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2006-2008-ci illərdə Milli Onkologiya Mərkəzində Şüa-diaqnostika ixtisası üzrə həkim-interna vəzifəsində fəaliyyət göstərib. İşlədiyi illər ərzində Azərbaycan, Türkiyə, Rusiya, Ukraynada USM-nin müxtəlif sahələrində ixtisaslaşma kurslarına və keçirilən müxtəlif konfranslarına qatılmışdır. 2015, 2021-ci illərdə sertifikasiya imtahanlarından keçmişdir. Dr. Aygün Məmmədova Azərbaycan Radioloqlar Cəmiyyətinin üzvüdür.
Dr. Rauf Rzayev- uroloq. Doktor Rauf Rzayev 1988-1994-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil alıb. 2005-ci ildən Kliniki Tibbi Mərkəzinin qəbul şöbəsində həkim-uroloq vəzifəsində işləyib. 2021-ci ildə Azərbaycan Dövlət Tibb Universitetində Epidemiologiya tibb üzrə elmlər doktoru proqramı çərçivəsində doktorantura keçib. Hal-hazırda Aesculap Clinicdə həkim-uroloq vəzifəsində işləyir. Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya kafedrasının dosentidir.
Dr. Nəzrin Mustafayeva- ixtisaslaşmış terapevt 2005-2011-ci illərdə Azərbaycan Tibb Universitetinin Pediatriya fakültəsinin məzunu olmuş, baza ali tibb təhsili almışdır. 2011-2016-cı illərdə ATU -da Rezidentura təhsili almış, həkim-rezident kimi çalışmışdı. Təhsilini tamamladıqdan sonra 2016-2023-cü illərdə Təcili və Təxirəsalinmaz Tibbi Yardım Stansiyası Publik Hüquqi Şəxsdə terapevt vəzifəsində çalışmışdı. 2023-cü ildən etibarən Aesculap Clinic tibb mərkəzində terapevt kimi fəaliyyət göstərir, klinikanın aparıcı terapevtidir. ANDOP-un Tənəffüsə dəstək strategiyaları və mexaniki ventilyasiya üzrə və piylənmə ilə mübarizə treninqlərində iştirak etmiş, 2021-ci ildə WHO/ ICRC Basic…
Dr.Almaz Haciyeva - kardioloq. Dr.Almaz Haciyeva 1976-1982ci illərdə N.Narimanov adina Azərbaycan Dövlet Tibb Universitetinin birinci Müalice-Profilaktika fakültesində təhsil alib. Kardioloq, kardioreanimatoloq vəzifəsində çalışmışdır. Dəfələrlə konfranslarda və təkmilləşmə kurslarında iştirak etmiş, sertifikatlar almışdır. 2021- ci ildə Sertifikasiya imtahanından kecmişdir. Exo-doppler muayinəsinin aparılmasını Rusiyanın Moskva şəhərində A.H.Bakulev adına Ürək- damar Elmi Cərrahiyə mərkəzində öyrenmişdir. O, miokard infarktı , stenokardiya, aritmiya, hipertenziya, miokarditler, ürek catizmazligi, ateroskleroz ve s. kimi ürək-damar xəstəliklərinin diaqnostikasi, müalicəsi və profilaktikası ilə məşquldur. Uşaqlarda anadangəlmə və sonradan yaranmiş ürək…
Dr. İmaməliyeva Nəsibə-endokrinoloq İmaməliyeva Nəsibə Eldar qızı. 2011-2017- ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə- profilaktika fakültəsinin məzunu olmuş, baza ali tibb təhsili almışdır. 2019-2023-cü illərdə Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Endokrinologiya ixtisası üzrə Rezidentura təhsili almış, həkim rezident kimi çalışmışdır. Kurslar: Türkiyənin Samsun şəhərində 19 Mayıs Universiteti Daxili xəstəliklər üzrə. Türkiyənin Ankara şəhərində Ankara Qazi xəstəxanası. Bir çox elmi praktiki seminar və konfranslarda iştirak etmişdir. 2023-cü ildən “Aesculap” klinikasında Həkim endokrinoloq kimi fəaliyyət göstərir.
Dr. Fuad Kazımov - Dermatoveneroloq. Doktor Fuad Kazımov 1984-1992-ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin ikinci Müalicə - Profilaktika fakültəsində təhsil alıb. O, 1992-1993-cü illərdə Respublika Dəri-Zöhrəvi Dispanserində internatura keçib və 1993-cü ildən 1999-cu ilədək Respublika Dəri-Zöhrəvi Dispanserində həkim- dermatoveneroloq vəzifəsində işləyib. 2005-ci ildən şöbə müdiri olub, 2011-2021-ci illərdə dispanserin həmkarlar Komitəsinin sədri olub. Bununla yanaşı dəfələrlə beynəlxalq və yerli konfranslarda və kurslarda iştirak etmiş, sertifikatlar almışdır. 2021-ci ildən Aesculap klinikasında fəaliyyətə başlamışdır. Hal-hazırda klinikada aparıcı həkim- dermatoveneroloq…
Dr. Aynur Teyyubova –Həkim laborant. Doktor Aynur Teyyubova 1999-2004 ci illərdə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin Tibbi-profilaktika işi ixtisası üzrə təhsil alıb. 2022-ci ildə “Kliniki laborator diaqnostika (modul 7-8)” üzrə istisasartırma kursu keçib. 2023-ci ildə “Hemoblastozların laborator diaqnostikasının aktual məsələləri “ üzrə də istisasartırma kursu keçib. İşlədiyi illər ərzində müxtəlif konfranslara qatılmışdır. 2005-ci ildən klinikada Həkim-laborant vəzifəsində çalışır.
  • Aesculap
  • Ünvan

Developed by jtemplate

Aesculap Klinikasının Web Saytına Xoş Gəlmisiniz

Klinikamızda Respublikanın tanınmış həkimləri çalışırlar. Klinikanın qurulmasında əsas məqsəd dünyanın ən müasir avadanlıqlarını tətbiq etməklə, öz biliyi və bacarığı ilə seçilən, yüksək elmi savadı olan həkimləri işə cəlb etməklə əhaliyə yüksək səviyyədə tibbi xidmət göstərmək olmuşdur. Bizim öz işimizdə əsas prinsipimiz – əhaliyə  göstərilən tibbi xidmətlərin yüksək keyfiyyətə malik olmasıdır. Düzgünlük, dəqiqlik, keyfiyyət, insanlara xoş münasibət və qayğı göstərmək bizim əsas amalımızdır.

Prev Next

İndi saytda 45 qonaq var və üzv yoxdur

 

BİZİMLƏ ƏLAQƏ

   Tel:        (051) 303-51-50
   Mobil     (051) 310-99-49
   Email:    Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
   Ünvan:   Baku 1123. Vladislav Plotnikov 16

Aesculap klinikası sosial şəbəkələrdə

 

  Copyright ©RNS-2023. Aesculap klinikası.  Müəllif hüquqları qorunur.